Ivaylo Petev: "Eksperimentlər edirəm"

13.10.2015 | 2192 dəfə oxunub

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Sofiyada  Azərbaycan millisi ilə qarşılaşacaq Bolqarıstan seçməsinin baş məşqçisi İvaylo Petev  oyun öncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər ver ki, Petev oyun barədə belə danışıb:

“Yeni komanda qurmaq asan deyil. Bunun üçün vaxt lazımdı. Heyətə dəvət olunan gənclərdən bəziləri öz komandalarında oynamırlar. Bizim üçün əsas problem budu. 4-cü yeri tutmaq bizə heç nə verməyəcək. Əsas odu ki, Azərbaycanla oyunda komandamız yüksək səviyyəli oyun nümayiş etdirsin.

Məqsədimiz pley-offa vəsiqə qazanmaq idi. Bunu bacarmadıq. Əsas səbəblərdən biri odu ki, yığmanın bir neçə üzvü öz komandalarında mütəmadi oynamırlar. Bizim üçün ən çətin oyun Norveçlə matç oldu. Həmin görüşdə məğlub olduqdan sonra şansı əldən verdik.

Eksperimentlər edirəm. Zaqrebdə olduğu kimi, sabahkı matçda da heyətdə yeni futbolçulara şans verəcəm. Azərbaycan futbolu yüksəlişdədi. Həm klublar, həm də milliyə bunu aid etmək olar. Məncə, sabah çox maraqlı oyun olacaq. Azərbaycanla matçda konsentrasiyanı ələ almalı, aqressiv oynamalı və üstünlüyü rəqibə verməməliyik. Azərbaycan yığmasının üstün tərəfləri var və biz bunu bilirik. Hər şey bizdən asılıdı.

Keçən il “Qəbələ” ilə danışıq aparan, ancaq son anda keçidi alınmayan Petev bu məsələyə qısaca toxunub: “Qəbələ”yə uğurlar arzu edirəm. Bu məsələ artıq geridə qalıb. Danışıqların konkret hansı səbəbdən baş tutmadığını açıqlamq istəmirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail