Roberto Karlos: "Vaqif Sadıqovla yaxşı münasibətim olsa da, ..."

30.09.2011 | 5532 dəfə oxunub

“Sözün açığı, mən hələ özümü məşqçi hiss etmirəm. Üstəlik, müqaviləm əvvəlki – futbolçu kimidir. Qarşıma məşqçilər ştabının üzvlərinə kömək etmək məqsədi qoymuşam”. Stadium.az xəbər verir ki, bu fikirləri Rusiyanın “Anji” klubunun kapitanı Roberto Karlos deyib. Hacı Hacıyevin istefaya göndərilməsindən sonra baş məşqçi əvəzi olan Andrey Qordeyevə yardımçı olmaq tapşırılan 38 yaşlı braziliyalı müdafiəçi oynayan məşqçi funksiyasını yerinə yetirəcək. Bununla belə, futbol meydançasına qayıtmağa ümidini itirməyən Karlosun klubla hələ 2,5 illik müqaviləsi var. 

Braziliya yığmasının heyətində dünya çempionu olan Karlos “Anji”də təmsilçimiz - məşqçi Vaqif Sadıqovla haqda da fikir söyləyib. O, komandada saxlanılan 52 yaşlı çalışdırıcımızla işbirliyindən məmnundur: “Qordeyevlə tandem təşkil etmək perspektivinə əla baxıram. Onunla, habelə Vaqif və Arsenlə (digər məşqçi Arsen Akayev) də çox yaxşı münasibətlərim var. Ancaq mənim üçün həmişə əsas Andreylə tandemim olacaq. O, peşəkar məşqçidir, yetərincə zəngin təcrübəsi var”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail