Dik Advokat: "Səmədov Messi deyil"

Rusiyanın baş məşqçisi Səmədov barədə danışdı

10.10.2011 | 6737 dəfə oxunub

Rusiya millisinin baş məşqçisi Dik Advokat Rusiya mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, müsahibəsi zamanı bir çox məsələlər barədə danışan mütəxəssis Aleksandr Səmədovla bağlı verilən sualları da vavablandırıb.

Advokatın Səmədovla bağlı dediklərini diqqətinizə çatdırırıq:

- Belə məlumatlar yayılıb ki, siz Səmədova Andorrayla oyunda şans verməklə onun Azərbaycan millisində oynamasının qarşısını alacaqsınız.
- Bu, məntiqli deyil. Səmədovun Azərbaycan millisinin dəvətini qəbul edib-etməməsi ilə bağlı söhbətlə ən azı yarım ildir ki, vardı. Belə fikrim vardısa, niyə onu o vaxt milliyə çağırmırdım? Səmədova hörmət edirəm və bununa yanaşı demək istəyirəm ki, o, Messi deyil. Belə olsaydı, ona iki il əvvəl dəvət göndərərdim. Ancaq yaxşı ki, mən belə ehtimalları oxumuram və bundan gələn neqativ enerji mənə təsir etmir. Hamı görür ki, mən istisnasız olaraq öz yolumla gedirəm. Təkcə Rusiya millisində deyil, ümumiyyətlə, bütün həyatım boyu belə etmişəm. Öz hərəkətimə görə cavabdehəm və kiminsə təzyiqiylə qərar vermirəm. Əgər kimsə yenə də Səmədovu mətbuatda çıxan xəbərlərə görə milliyə çağırmışam, onda belə bir sual verirəm: Bəs Bulıkini niyə çağırmadım? Onun da haqqında son zamanlar az söz-söhbətlər dolaşmır.

- Səmədov millinin düşərgəsində necə təsir bağışlayır?
- Onun potensialına bələdəm. Hələ "Lokomotiv" və "Moskva"da oynadığı vaxtlardan onu tanıyıram. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərir.

- Andorrayla oyunda ona çox şans verməyi düşünürsünüz?
- Hələ ki, əsas məqsədimizə nail olmamışıq. Buna görə də heyətdə dəyişiklik aparmağa imkan yoxdur. Heyətdəki dəyişiklik yalnız zədəli və ya cəzalı futbolçumuz olarsa, baş verə bilər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail