Messi planetin ən bahalı futbolçusudur

05.01.2016 | 5019 dəfə oxunub

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi  (CİES) Avropanın 5 ən böyük liqasında çıxış edən oyunçuların dəyərini müəyyən etmək məqsədi ilə araşdırma aparıb.

Stadium.Az xəbər verir ki, araşdırmalar zamanı futbolçuların klubları və milli komandadakı vəziyyəti, müqavilələrinin  müddəti, yaşları, mövqeləri və çıxışlarına əsasən siyahı hazırlanıb. Siyahıda "Barselona"nın futbolçusu Lionel Messi ilk pillədə yer alıb.  Onun dəyərinin 250 milyon 700 min avro olduğu bildirilib. Neymar ikinci, Eden Hazard üçüncü olub. Kriştiano Ronaldo isə siyahının dördüncü pilləsində qərarlaşıb

Dünyanın ən bahalı 10 futbolçusu aşağıda adları qeyd olunanlardır:

1. Lionel Messi ("Barselona") - 250 milyon 700 min avro
2. Neymar ("Barselona") - 152 milyon 700 min avro
3. Eden Hazard ("Çelsi") - 130 milyon 500 min avro
4. Kriştiano Ronaldo ("Real") - 114 milyon avro
5. Harri Keyn ("Tottenhem") - 91 milyon 300 min avro
6. Rahim Sterlinq ("Mançester Siti") - 98 milyon 800 min avro
7. Antuan Qrizmann ("Atletiko") - 88 milyon 300 min avro
8. Luis Suares ("Barselona") - 86 milyon 300 min avro
9. Serxio Aquero ("Mançester Siti") - 82 milyon 100 min avro
10. Aleksis Sançes ("Arsenal") - 81 milyon 900 min avro



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail