Argentinada yoldaşlıq oyununda kütləvi dava VİDEO

02.02.2016 | 2271 dəfə oxunub

Argentinanın "Estudiantes" və "Gimnasiya" futbol komandaları arasında keçirilmiş yoldaşlıq görüşü sonadək oynanılmayıb.

Stadium.Az xəbər verir ki, La-Plata şəhərində "Estudiantes"ə məxsus stadionda təşkil edilmiş qarşılaşmanın uzatma dəqiqələrində hesab 1:0 meydan sahiblərinin xeyrinə olduğu vaxt baş verib. Bu zaman ev komandasının oyunçularından biri "Ximnasiya"nın futbolçusuna qarşı sərt kobudluq edib. Baş hakim ona qırmızı vərəqə göstərib. Lakin bu da münaqişənin qarşısını almayıb. 

Hər iki komandanın əsas və əvəzedici heyət oyunçuları, eləcə də məşqçilər əlbəyaxa döyüşə çıxıblar. Davanın bəzi iştirakçıları rəqiblərinə təpik zərbələri də endiriblər. Hüquq-mühafizə orqanları əməkdaşlarının araya girməsindən sonra toqquşmanın qarşısını almaq mümkün olub. 

"Estudiantes" və "Gimnasiya" Argentinanın yüksək eşalonu sayılan Primerada çıxış edirlər. Daha öncə "Boca Huniors"la "River Plate" arasındakı yoldaşlıq görüşündə də kütləvi dava düşüb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail