"Atletiko" 35 milyona aldığı hücumçusunu 42 milyona satdı

03.02.2016 | 2606 dəfə oxunub

"Atletiko" Hücumçusu Cekson Martinezi Çinin "Guangzhou Evergrande" klubuna satıb. Stadium.Az xəbər verir ki, kolumbiyalı futbolçu 42 milyon avro qarşılığında Luiz Felipe Skolarinin çalışdırdığı komandanın sıralarına qoşulub. Bu, Asiya futbolunda rekord transfer qiymətidir.

Martinez ötən ilin yayında 35 milyon avroya "Porto"dan Madrid klubuna keçmişdi. Amma əsas heyətdə möhkəmlənə bilməyən forvard Diyeqo Simeonenin planlarına daxil olmadığını başa düşdü. Çində qış transfer pəncərəsinin fevralın 26-da bağlanması qarşıda sürpriz transferlərin olacağını düşünməyə əsas verir.

Cekson Martinez "Tottenhem"in də diqqət mərkəzində idi. Amma baş məşqçi Maurisio Poçettino 27 yaşdan aşağı energetik oyunçu axtardığından, 29 yaşlı hücumçunun transferi üzrə danışıqlar təxirə salınmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail