Dmitri Nazarov ilk "11"də olacaq

19.02.2016 | 2536 dəfə oxunub

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” klubu II Bundesliqada növbəti oyununu “Braunşveyq”ə qarşı keçirəcək. Stadium.Az xəbər verir ki, "Karlsrue"hazırlığını davam etdirir.

Baş məşqçi Markus Kauçzinski XXII tur çərçivəsində baş tutacaq bu görüşdə heyətlə bağlı bəzi dəyişikliklər etməyi qərara alıb. O, qış fasiləsindən sonrakı ilk 2 turda özünü yaxşı tərəfdən göstərməyən futbolçulara bu dəfə güvənməyəcək. 

Kauçzinski keçən tur “Duysburq”la matçda start heyətində yer alan Hiroki Yamada ehtiyatda saxlayıb, onun mövqeyində Dmitri Nazarova ilk “11-lik”də şans vermək niyyətindədi. Qış fasiləsindən sonra “Frankfurt” və “Duysburq”la matçlarda meydana ikinci hissədə daxil olan Nazarovun hazırkı durumu baş məşqçini qane edir.

“Karslrue” – “Braunşveyq” görüşü fevralın 20-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail