APOEL Portuqaliyada da sürpriz etdi, "Şaxtyor" "Zenit"lə bacarmadı - YENİLƏNİB

20.10.2011 | 7192 dəfə oxunub

Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Stadium.az xəbər verir ki, turun ilk oyun günündə "A", "B", "C" və "D" qruplarındakı komandalar meydana çıxıblar.

"A" qrupunun lideri "Bayern" səfərdə "Napoli" ilə qarşılaşıb. Matça fəal başlayan almanlar ilk dəqiqələrdə hesabı açıblar. Bundan sonra oyunda tarazlıq yaradan "Napoli" ilk yarının sonlarına qədər bərabərliyi bərpa edib. Matçın sonuna qədər başqa qol olmayıb və tərəflər hərəyə 1 xal qazanıblar. "Mançester Siti" isə ilk dəqiqələrdə hesabda geri düşdüyü oyundan son dəqiqədə vurduğu qolla qalib ayrılmağı bacarıb.

"B" qrupunda isə Rusiyanın MOİK klubu səfərə qrup lideri kimi yollanmış "Trabzonspor"u darmadağın edib. İtaliya A Seriyasında uğursuz çıxış edən "İnter" isə səfərdə "Lill" üzərində çox vacib qələbə qazanıb.

"C" qrupunda "Benfika" səfərdə "Bazel"ə qalib gələrək liderliyi əlində saxlayıb. "Mançester Yunayted" isə penaltilərlə 2 qol vuraraq səfərdə Rumıniyanın "Otelul" klubunu üstələyib.

"D" qrupunda da lider dəyişməyib. Hər zaman "Olimpik"ə qarşı oyunu yaxşı alınmayan "Real" bu dəfə Lion təmsilçisini darmadağın edib. "Ayaks" isə Zaqrebdə "Dinamo"nu iki cavabsız qolla üstələyib.

Digər 4 qrupdakı oyunlar isə bu gecə keçirilib. Gecənin ən maraqlı qarşılaşmalarından biri Almaniyada olub. "Bayer" azarkeşləri qarşısında hesabda geri düşsə də, "Valensiya" üzərində əzmkar qələbə qazanıb. "Çelsi" də doğma meydanda sevinib. Belçikanın "Qent" klubunu darmadağın edən "zadəganlar" azarkeşlərini sevindirib.

Daha bir maraqlı oyun Ukraynada olub. "Şaxtyor" azarkeşləri qarşısında "Zenit"lə qarşılaşıb. Matça ruslar yaxşı başlasa da, hesabı ev sahibi açıb. İlk hissəyə qədər qapısında qol görən "Şaxtyor" fasiləyədək rəqib qapısından daha bir qol keçirib. Rusiya klubu isə ikinci hissədə məğlubiyyətdən yaxa qurtara bilib.

Gözlənilməz hesablardan biri Portuqaliyada qeydə alınıb. Qrup matçları başlamamış autsayder kimi qiymətləndirilən, lakin daha sonra "Zenit"ə qalib gəlib, "Şaxtyor"dan səfərdə xal qoparan APOEL Portuqaliyada da sürprizə imza atıb. "Portu" ilə qarşılaşan Kipr klubu hesabda geri düşsə də, bərabərlik qolunu vurub və matçın sonuna qədər qapısını toxunulmaz saxlayaraq vacib 1 xal qazanıb liderliyini davam etdirib.

"Arsenal" isə səfərdə Marsel "Olimpik"ini son saniyələrdə vurulan qolla üstələyib. "Olimpiakos" doğma meydanda "Borussiya"nı 3 qolla üstələyib.

"Milan" və "Barselona" doğma divarlar arasında müvafiq olaraq BATE və "Viktoriya"nı 2 cavabsız qolla üstələyib.


A qrupu

“Napoli” (İtaliya) – “Bayern” (Almaniya) - 1:1
Qollar: Kroos, 2 (0:1), Badştuber, 39-avtoqol (1:1)

“Mançester Siti” (İngiltərə) – “Vilyarreal” (İspaniya) - 2:1 
Qollar: Kani, 4 (0:1), Marçena, 43-avtoqol (1:1), Aquero, 90 (2:1)

SıraKomandaOQHMT-FXal
1  Bayern32105-17
2  Napoli31204-25
3  Mançester Siti31113-44
4  Vilyarreal30031-60


B qrupu

MOİK (Moskva, Rusiya) – “Trabzonspor” (Türkiyə) - 3:0
Qollar: Dumbia, 29 (1:0), 86 (3:0), Kauna, 76 (2:0)

“Lill” (Fransa) – “İnter” (İtaliya) - 0:1 

Qol: Pazzini, 21 (0:1)

SıraKomandaOQHMT-FXal
1  İnter32014-36
2  MOİK31117-54
3  Trabzonspor31112-44
4  Lill30213-42


C qrupu

“Otelul” (Rumıniya) – “Mançester Yunayted” (İngiltərə) - 0:2
Qollar: Runi, 64-pen (0:1), 90-pen (0:2)

“Bazel” (İsveçrə) – “Benfika” (Portuqaliya) - 0:2 

Qollar: Sezar, 20 (0:1), Kardozo, 75 (0:2)

SıraKomandaOQHMT-FXal
1  Benfika32104-17
2  Mançester Yunayted31206-45
3  Bazel31115-64
4  Otelul30031-50


D qrupu

“Real” (İspaniya) – “Olimpik” (Lion, Fransa) - 4:0 
Qollar: Benzema, 19 (1:0), Xedira, 48 (2:0), Özil, 55 (3:0), Ramos, 81 (4:0) 

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Ayaks” (Hollandiya) - 0:2 
Qollar: Boerriqter, 49 (0:1), Erikson, 90 (0:2)

SıraKomandaOQHMT-FXal
1  Real33008-09
2  Ayaks31112-34
3  Olimpik (Lion)31112-44
4  Dinamo30030-50


19 oktyabr

E qrupu

“Bayer” (Almaniya) – “Valensiya” (İspaniya) - 2:1
Qollar: Jonas, 25 (0:1), Schurrle, 52 (1:1) Sam, 56 (2:1) 

“Çelsi” (İngiltərə) – “Qenk” (Belçika) - 5:0
Qollar: Meireleş, 8 (1:0), Torres, 11 (2:0), Torres, 27 (3:0), İvanoviç, 42 (4:0), Kalou, 72 (5:0)

SıraKomandaOQHMT-FXal
1  Çelsi32108-17
2  Bayer32014-36
3  Valensiya30212-32
4  Qenk30120-71


F qrupu

“Olimpik” (Marsel, Fransa) – “Arsenal” (İngiltərə) - 0:1
Qollar: Holebas, 8 (1:0), Levandovski, 26 (1:1) Djebbur , 40 (2:1), Modesto, 79 (3:1)

“Olimpiakos” (Yunanıstan) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qol: Ramsey, 90 (0:1)

SıraKomandaOQHMT-FXal
1  Arsenal32104-27
2  Marsel32014-16
3  Olimpiakos31024-43
4  Borussiya30122-71


G qrupu

“Şaxtyor” (Ukrayna) – “Zenit" (Rusiya) - 2:2
Qollar: Villian, 15 (1:0), Şirokov, 33 (1:1) Luis Adriano, 45 (2:1), Fayzulin, 60 (2:2)

“Porto” (Portuqaliya) – APOEL (Kipr) - 1:1
Qollar: Hulk, 13 (1:0), Almeida, 19 (1:1) 

SıraKomandaOQHMT-FXal
1  APOEL31204-35
2  Zenit31116-54
3  Portu31114-54
4  Şaxtyor30214-52


H qrupu

“Milan” (İtaliya) – BATE (Belarus) - 2:0
Qollar: Zlatan İbrahimovic, 33 (1:0), Boatenq, 70 (2:0)

“Barselona” (İspaniya) – “Viktoriya” (Çexiya) - 2:0
Qollar: İniesta, 10 (1:0), Vilya, 82 (2:0)

SıraKomandaOQHMT-FXal
1  Barselona32109-27
2  Milan32106-27
3  Viktoriya30121-51
4  BATE30121-81



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail