İspaniya La Liqasının 27-ci turunun "Barcelona" - "Rayo Vallecano" (5-1) matçında maraqlı hadisə yaşanıb.
Stadium.Az xəbər verir ki, matçın 78-ci dəqiqəsində Arda Turan rəqibə qarşı qaydanı pozur, baş hakim Ardaya qırmızı vərəqə göstərir, bir neçə saniyə sonra vərəqələri səhv saldığını başa düşən hakim qərarını dəyişdirərək futbolçunu sarı vərəqə ilə cəzalandırır.