401 dəqiqədən sonra...

07.03.2016 | 2149 dəfə oxunub

Ardıcıl 4 oyunda qol buraxmayan “Qəbələ”nin quru seriyası qırılıb. Stadium.Az xəbər verir ki, yanvarın 30-da baş tutan XIX turun “Kəpəz”lə qarşılaşmasından (0:3) sonra qapısında qol görməyən “qırmızı-qaralar” 35 gündən sonra çempionat matçında buna üzülüb.

Roman Qriqorçukun yetirmələrini XXIV turun “Neftçi” ilə görüşünün 26-cı dəqiqəsində Antonio Salas Quinta məyus edib. Bunadək “İnter”, “Sumqayıt”, “Rəvan” (hamısı 1:0) və “Xəzər Lənkəran”a (0:0) qarşı oyunlarda qapısını toxunulmaz saxlayan “Qəbələ” 401 dəqiqədən sonra qapısında qol görüb.

“Kəpəz”lə matçda Andrey Popoviçin çıxış etdiyini nəzərə alsaq, Dmitri Bezotosnı çempionatın ikinci yarısında ilk dəfə qol buraxıb. Ötən il noyabrın 30-da keçirilən “Rəvan”la XIV turun ev oyununda (1:1) qol buraxan ukraynalı qapıçı eyni uğursuzluğu 96 gündən sonra yaşayıb. Onun quru seriyası 410 dəqiqə davam edib. (Pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail