UEFA tütünə və siqaretə qadağa qoydu

20.10.2011 | 4651 dəfə oxunub

UEFA AVRO-2012 ilə bağlı maraqlı qərar qəbul edib. Stadium.az xəbər verir ki, qitənin ali futbol qurumu Ukrayna və Polşada keçiriləcək oyunlar zamanı tütün məmulatlarının istifadəsinin, satışının və reklamının qadağan ediləcəyini açıqlayıb.

UEFA-nın bu layihəsi Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Ürək Federasiyası və təşkilatçı ölkələrin komitələri ilə birlikdə təşkil olunacaq.

Gələcəkdə bu qərarın bütün ölkələrdə tətbiq olunması da istisna edilmir. Məsələ ilə bağlı UEFA prezidenti Mişel Platini də açıqlama verib. O, qeyd edib ki, AVRO-2012 sağlam həyatı təmsil etməlidir:

"Bu qərar AVRO-2012-nin matçlarını izləyəcək azarkeşlərə və arenalara gələcək digər şəxslərə hörmət əlaməti daşıyır. Biz öz bayrağımız altında keçirilən turnirdə sağlamlığı, təhlükəsizliyi və rahatlığı ən yüksək səviyyədə tutmalıyıq. Tütünün isə bunların arasında yeri yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail