"Azərbaycanda da, Rusiyadakı kimi, bu idman növünü ancaq futbola öz şəxsi maraqları kimi baxanlar, məsələn, biznesmenlər inkişaf etdirə bilər"

29.03.2016 | 2408 dəfə oxunub

Rusiyalı məşhur futbol şərhçisi Vasili Utkin Azərbaycanda futbolun səviyyəsi ilə bağlı fikirlərini bölüşüb. Stadium.Az həmin açıqlamaları təqdim edir.

- Bir müddət öncə Bakıda oldunuz. Şəhərlə bağlı hansı təəssüratlarınız qalıb?
- Azərbaycan paytaxtında bir neçə dəfə olmuşdum. Düzdür, həmin səfərlərimin üstündən çox vaxt keçmişdi. Bakı mənim yadımda çox təmiz və isti şəhər kimi qaldı. Güman edirəm ki, mən oraya ən isti vaxtında gəlmişdim. Bakı çox sürətlə dəyişən şəhərdir. Amma bu, mənim xoşuma gəlir ki, şəhər öz zahiri görünüşünü dəyişməyə çalışır. Ümumiyyətlə, Azərbaycan paytaxtı çox xoşuma gəlir.

- Sizcə, Azərbaycan futbolu hazırda hansı səviyyədədir?
- Əlbəttə, bu ölkədə futbolun səviyyəsinin daha yaxşı olması arzulanandır. Nəticə baxımından müzakirə aparsaq, Azərbaycan klubları avrokuboklarda buna nail olurlar. Təəssüf ki, hazırda Azərbaycanda futbolun inkişafına dair hansısa proqramın olub-olmadığını, ümumiyyətlə, bu yöndə nə kimi addımlar atıldığını bilmirəm. Azərbaycan futbol baxımından müəyyən mənada Rusiyaya bənzəyir. Məmurların futbola effektli şəkildə rəhbərlik etməsinə, bu idman növünü hansısa səviyyəyə qaldırmasına inanmıram. Azərbaycanda da, Rusiyadakı kimi, bu idman növünü ancaq futbola öz şəxsi maraqları kimi baxanlar, məsələn, biznesmenlər inkişaf etdirə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail