Dmitri Nazarovun Almaniya klubundan ayrılacağı dəqiqləşib

30.03.2016 | 2512 dəfə oxunub

Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun yayda “Karlsrue”dən ayrılacağı dəqiqləşib. Stadium.Az xəbər verir ki, II Bundesliqa təmsilçisi hansı futbolçularla əməkdaşlığı davam etdirib, hansılarla yolları ayıracağını artıq müəyyənləşdirib.

Hələ bir neçə gün öncə çıxan xəbərdə Nazarovun adı komandadan ayrıla biləcək 7 futbolçudan ibarət siyahıda göstərilmişdi. Baş məşqçi Markus Kauçzinski kimlərin qalıb, kimlərin göndərilməsi ilə bağlı yekun qərarını verib.

Təcrübəli futbolçu Martin Stoll, həmçinin Valentino Vuyinoviçlə yeni müqavilə imzalanıb. Hər iki oyunçunun sözləşməsinin müddətinin uzadılması Almaniya mətbuatı üçün gözlənilməz olub.

Əvəzində yayda müqavilələri başa çatacaq Dominik Peyts, Saşa Traut və Dmitri Nazarovun komandadan göndərilməsinə qərar verilib. Adıçəkilən futbolçuların yeri gənc oyunçularla doldurulacaq.

Nazarov 2013-cü ildən “Karlsrue”nin formasını geyinir. 26 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasına isə 2014-cü ildən dəvət alır. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail