Vaqif Cavadov: "Bu fikirlərlə razı deyiləm"

23.10.2011 | 5081 dəfə oxunub

Rusiyanın "Volqa" klubunun hücumçusu Vaqif Cavadov Premyer-liqanın 28-ci turunda səfərdə "Krasnodar"la keçirilmiş oyundan sonra açıqlama verib.

Stadium.az xəbər verir ki, 2 cavabsız qolla məğlub olan "Volqa"nın üzvü hakimlikdən şikayət edib: "Fikrimcə, rəqibin cərimə meydançasındakı epizodda Kudryaşov mənə qarşı qaydanı pozmuşdu. Bunu matçı izləyən bir çox insan təsdiqləyər. Kudryaşov arxadan müdaxilə ilə heç cür topa toxuna bilməzdi. Hakimin qərarını öz insafına buraxıram".

Vaqif daha sonra komandasının oyunu barədə də fikir bildirib: "Bu oyunda pis oynadığımızı düşünmürəm və bu kimi fikirlərlə razı deyiləm. İlk qolu hakim səhvindən buraxdıq. Daha sonra bütün komanda ilə irəli gedərkən qapımızda ikinci qolu gördük. Uduzduq, ancaq yaşayırıq. Növbəti oyunlara yaxşı hazırlaşmalıyıq. Məncə, məşqçilər də hansısa dəyişikliklər edə bilər. Ciddi hazırlaşacağıq və ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail