“O dünya”dan qayıdanlar

16.05.2016 | 4238 dəfə oxunub

Klublar da insanlar kimidir. vaxtsadoğulurlar", “böyüyürlər", uğur qazanmağa çalışırlar... Bəzilərikörpə" vaxtlarında tarixin yaddaşına köçür, az bir qismi isə yaşamaqda davam edilər. Tək fərq həmin qismin insanlardan fərqli olaraq daha uzunömürlü olmalarıdır. Hətta bəzi klublar bəzi insanlar kimi müxtəlifqəza" səbəbindəno dünyanı" görüb, yenidən həyata qayıdırlar. Belə klublar çox olmasa da, mövcüddür. Onlardan biri Şotlandiyanın məşhur klubuQlazqo Reyncers"dir. 2012-ci ildə bankrot elan edilən klub 3- liqaya göndərilmişdi. Şotlandiyanın aşağı lişalarında ard-arda birinciliklər qazanaraq ölkəsinin yüksək divizionuna qalxan Qlazqo təmsilçisio dünya"dan qayıdanlardan biridir. Mayın 1- Şotlandiyada başa çatan birinciliyin nəticələrinə görə, növbəti mövsümQlazqo Reyncers" Premyer Liqada mübarizə aparacaq. Deməli, azarkeşlər həm dünyanın ən maraqlı derbilərindən sayılanQlazqo derbisi"ni izləyə biləcəklər. Bu yazıda vaxtsaQlazqo Reyncers"in aqibətini yaşamış bir neçə tanınmış klubdan bəhs edəcəyik.

 

Napoli" (İtaliya)

Nailiyyətləri: 2 skudetto, 5 İtaliya Kuboku, 1 UEFA Kuboku

Hazırki vəziyyəti: Bu mövsüm A Seriyasında 2-ci yer

Ötən əsrin 80-ci illərində 2 dəfə çempionluq sevinci yaşayanNapoli" Maradonanın gedişindən sonra İtaliyada sıradan komandaya çevrildi. Aparıcı oyunçularını bir-bir itirən komanda XXI əsri B Seriyasında qarşıladı. Buna kimi komanda 1 dəfə aşağı liqaya düşmüşdü. Həm nəticə, həm maliyyə baxımından vəziyyət getdikcə pisləşirdi. Nəhayət, 2004- ilin avqustundaNapoli"nin 70 milyon avro borcu olduğu bilindi klub bankrot elan olunaraq fəaliyyətini dayandırdı. Klubuölüm"dən kinoprodüser Aurelio de Laurentis qurtardı. O, “Napoli"niNapoli Sokker" kimi qeydiyyatdan keçirdi komanda C1 Seriyasında çıxış etdi. De Laurentis klubun keçmiş adının qaytarılması hüququnu almışdı 2006- ildəNapoli Sokker" yenidənNapoli" (“Societ Sportiva Calcio Napoli") çevrildi. Elə həmin mövsümNapoli" A Seriyasına qayıtdı. İldən-ilə daha da uğurlu çıxış edən komanda bu il çempionluq yarışındaYuventus"un əsas rəqiblərindən biri birincisi idi.

 

Lids" (İngiltərə)

Nailiyyətləri: 3 dəfə İngiltərə çempionluğu, 1 İngiltərə Kuboku, 1 Liqa Kuboku

Hazırki vəziyyəti: Çempionşipdə çıxış edir

Bir vaxtlar Devid O'Lirinin komandası nəinki İngiltərədə, hətta bütün Avropada adından söz etdirməyi bacarmışdı. Baş məşqçi ötən əsrin 90- illərinin sonunda “2000"lərin əvvəlində çox güclü kollektiv formalaşdıra bilmişdi. Həmin vaxt komandanın kredit borcları da az deyildi. Rəhbərlik bu borcları futbol meydanında qazanılan uğurlar sayəsində əldə olunan gəlirlə bağlamağı düşünürdü. Gəl ki, bir ara komanda uğursuzluq zolağına düşdü avtomatik olaraq borclar artmağa başladı. Vəziyyətdən çıxış yolu kimi klub əsas futbolçularını, stadionunu, hətta məşq bazasını satmağa məcbur oldu. Amma borcları tam olaraq bağlaya bilmədi. Bu zaman klubun başına Ken Beyts keçdi. Onun gəlişi Lids"ə kömək etmədi, komanda 2-ci diviziondan da aşağı düşdü. Bu halda İngiltərə Futbol Assosiasiyasının qaydalarına görə komanda heç bir peşəkar turnirlərdə iştirak edə bilməzdi. Lakin Bentsin səyləri nəticəsindəLids"ə güzəşt edildi. Bir neçə ilzülm çəkən" Bents 2009/10-cu illər mövsümündə baş məşqçi Saymon Qreysonun köməkliyi iləLids"i Çempionşipə daşıya bildi. Tezliklə klubun yeni sahibi peyda oldu. Bu, italiyalı Massimo Çellinodur. Çellino qalmaqallı insan olsa da, “Lids"əpis baxmır". Bu mövsüm çətin, amma növbəti illərdəLids"in Premyer Liqaya qayıdacağını gözləməyə dəyər.

 

Portsmut" (İngiltərə)

Nailiyyətləri: 2 dəfə İngiltərə çempionluğu, 2 Liqa Kuboku

Hazırki vəziyyəti: İngiltərənin aşağı divizonunda çıxış edir

İngiltərə Premyer Liqası tarixində iflas elan edilənPortsmut" tarixi ərzində bir neçə dəfə ciddi maliyyə problemləri fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. Ötən əsrin 80-ci illərində çətin vəziyyətə düşəndə klub ulduz futbolçularını satmaqla özünə birtəhər gələ bilmişdi...

2006- ildə biznesmen Aleksandr QaydamakPortsmut"u aldıqdan sonra komanda tarixi ərzində 2-ci dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu. Düşünmək olardı ki, uğurlu çıxış davam edəcək. Lakin klubun borcları getdikcə çoxalmağa başladı. Az sonra QaydamakPortsmut"u BƏƏ şeyxi Süleyman əl-Fəhimə satdı. Əl-Fəhim yağlı vədlər versə , kluba maliyyə ayırmadı. O da 2009-cu ildə da Qaydamak kimi hərəkət edərəkPortsmut"u başından elədi. Klubun yeni sahibi ərəb biznesmen Əli əl-Fərəc oldu. Əl-Fərəcin rəhbərliyi altında növbəti 2 mövsümPortsmut" üçün faciəvi oldu. Belə ki, klub futbolçuların maaşlarını ödəyə bilmədi bu üzdən hesabından xallar silindi. Nəticədə Preymer Liqadakı yerini itirənPortsmut" borcları üzündən fəaliyyətini dayandırmalı oldu. Düzdür, həmin vaxt klub daxili idarəetmə üsuluna keçmişdi. Həm asiyalı bir adamı klubu almaq istəyirdi. Lakin sonradan problemli klub həmin biznesmenə lazım olmadı.

3 il aqoniya vəziyyətində olan klub İngiltərə Futbol Assosiasiyasının tələbi ilə bütün futbolçularını satdı. Borclarsa yenə bağlanmadı. Bu andaPortsmut"un dadına sadiq azarkeşləri çatdı. Onlar  3 milyon funt-sterlinq toplayaraq sevimli komandalarınıölüm"dən qurtardılar. HazırdaPortsmut"un sahibi elə həmin azarkeşlərdir.

 

Parma" (İtaliya)

Nailiyyətləri: 3 İtaliya Kuboku, 2 UEFA Kuboku, 1 Kuboklar Kuboku

Hazırki vəziyyəti: D Seriyasında çıxış edir

1999-cu ildə Buffon, Türam, Kyeza, Krespo, Veron, Kannavaro kimi futbolçularla UEFA Kubokunu götürəndə düşünmək olardı ki, bu klub gələcəkdə daha böyük uğurlar qazanacaq. Amma... 2004- ildə əsas sponsoruParmalat"ın iflasa uğramasından sonraParma"nın maliyyə vəziyyəti ağırlaşdı. Həmin vaxt komanda A Seriyasında qalmağı bacarmışdı. Lakin 11 il sonra faciə baş verdi. Klubun maliyyə vəziyyətini düzəltmək üçün prezident Tommazo GirardiParma" albaniyalı biznesmenə satmaq qərarına gəldi. Lakin sövdələşmə gecikirdi. Futbolçulara maaşlarının aylarla ödənilməməsi İtaliya Futbol Federasiyanını klub qarşı sərt tədbirlər görməyə məcbur edirdi. Uzun məşəqqətlərdən sonra Rezat Taçi ofşor kompaniya vasitəsiləParma" aldı dərhal da satışa çıxardı. Bir neçə həftə ərzindəParma" 5 dəfə satıldı. Maraqlıdır ki, həmin alıcılardan biri cəmi 3 gün kluba rəhbərlik etdi, digəri isə maliyyə saxtakarlığına görə həbs olundu. Bu vaxt artıq, klubun bazasında işıq qaz kəsilmişdi. Təbii ki, borclara görə. Azarkeşlər pul yığıb sevimli komandalarına sahib çıxmaq istəsələr , lazım olan məbləğ yığılmadı. Nəticədə 2015-ci il iyunun sonlarındaParma" fəaliyyətini tam dayandırdı.

Parmanın bir neçə kiçik bizneslə məşğul olan adamları elə həmin yay Parma" yenidən təsis etdilər. Doğrudur, bu komanda hazırda D Seriyasında çıxış edir. Amma olsun, əsas odur ki, azarkeşlər şəhər sakinləri komandasız qalmayablar.

 

Fiorentina" (İtaliya)

Nailiyyətləri: 2 dəfə İtaliya çempionluğu, 6 İtaliya Kuboku, 1 Kuboklar Kuboku

Hazırki vəziyyəti: A Seriyasında 5-ci yer, Avropa Liqasına vəsiqə  qazanıb

O dünya" görüb qayıtmış İtaliya klublarından biri Fiorentina"dır. Əsrin əvvəllərində yığılan borcları ödəmək üçün klubun sahibi Çeki Qori sadə üsula əl atdı. O, əvvəlcə klubun liderlərini satışa çıxardı. Ardınca klubda idarəetmə mexanizmini yenilədi. Daha sonra isə klub daxili idarəetmə üsuluna keçdi. Bütün bunlar borcları bağlamağa bəs etmədi. 2002-ci ilin iyununda məhkəmənin qərar iləFiorentina" fəaliyyətini dayandırmağa məcbur oldu. Cəmi 2 ay sonra biznesmen Andrea Della Valle klubudiriltdi". Köhnə kollektivdən yalnız komandanın kapitanı Ancelo Di Livio qalmışdı. Komanda S2 SeriyasındaFlorensiya Viola" adı altında çıxış etməyə başladı. Ağıllı transfer siyasəti sayəsində İtaliya birinciliklərinin keçirilmə qaydalarında edilən dəyişikliklər səbəbindən 1 mövsümdə 2 liqa adlayan yeni klub 2003/04 mövsümündə B Seriyasına yüksəldi. Həmin il Della Valle klubun keçmiş adını atributlarını aldı. Daha bir il sonraFiorentina" A Seriyasına vəsiqə qazandı bu günə kimi əsas birincilikdə çıxış edir.

 

Boavişta" (Portuqaliya)

Nailiyyətləri: 1 dəfə Portuqaliya çempionluğu, 5 Portuqaliya Kuboku

Hazırki vəziyyəti: Premyer Liqadakı yerini son turlarda qoruya bildi

Gözlənilmədən 2001-ci ildə Portuqaliya çempionu olanBoavişta" cəmi bir neçə il sonra 400 min avro tapa bilmədi ki, peşəkar statusunu qorusun. Daha doğrusu, həmin məbləğ tapıldı, amma texniki ehtiyaclara sərf olundu. Çempionatda oynamağa isə pul qalmadı. Belə komanda 2009-cu ildə peşəkar yarışlardan kənarlaşdırıldı. Amma klub məhv olmadı, həvəskar səviyyədə olsa, fəaliyyətini davam etdirdi. 2014- ildə isə gözlənilməz hadisələr baş verdi. Portuqaliya Futbol Federasiyanın qərarı ilə Premyer Liqa təmsilçilərinin sayı artırıldı. Elə həmin vaxt klubun peşəkar statusu da geri qaytarıldı. NəticədəBoavişta" avtomatik olaraq Premyer Liqaya gətirilən 2 komandadan biri oldu.

Hazırladı:

Nemət AĞAYEV

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail