Ben Arfa: "18 klub məni transfer etmək istəyir"

20.05.2016 | 4524 dəfə oxunub

Arxada qalan mövsümdə “Nitsa” formasıyla yüksək səviyyəli futbol nümayiş etdirən Hatem Ben Arfa üçün 10-dan artıq klub təklif yollayıb. Stadium.Az xəbər verir ki, ötən mövsümlərdə zədə və intizam problemləriylə yaddaşlarda qalan Hatem Ben Arfa bu mövsüm “Nitsa” formasıyla bəlkə də, karyerasının ən yaxşı mövsümünü keçirdi. 29 yaşlı futbolçunun müqaviləsi mövsümü sonu – yəni bu ayın axırı bitir və ulduz oyunçunu azad agent kimi istədiyi komandaya keçə bilər. Liqa 1-i 18 qolla tamamlayan Arfanı almaq istəyən klublar arasında PSJ və “Lion”un da olduğu bildirilir. “Barselona”nın da maraqlandığı söylənilən Fransız futbolçu “Cannes Film Festivalı”nda transferi haqqında “Canal Plus”a açıqlama verib:

''Məni transfer etmək istəyən 18 klub var. Bunlar arasında 3-nü daha şansı sayıram. Həddindən artıq sayda təklif var, bunlardan biri də “Lion”dur. Bu komanda futbolu çox sevən bir klub prezidentinə sahibdir. Belə istəkli klublar diqqətimi çəkir. Bu il mənim üçün verilməsi lazım olan çox əhəmiyyətli bir qərar var. Bu qərarı almazdan öncə yaxın ətrafımdakılarla məsləhətləşəcəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail