Simeone: "Atletiko"dan getməyi düşünürəm"

29.05.2016 | 3084 dəfə oxunub

Evə qayıdıb, yaralarımı sarmağa çalışacam. Uğur qazanmaq üçün hər şey edirsən, finala yüksəlirsən və sonda hər iki finalda uduzursan. İki il öncə əlavə vaxtda 1:4, bu dəfə isə penaltilər seriyasında məğlub olduq". 

Stadium.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının finalında "Real"a uduzduqları oyundan sonra deyib. 

Argentinalı mütəxəssis "Atletiko"dan getmək barədə düşündüyünü də etiraf edib: "Üç ildə iki finala yüksəlmək "Atletiko" üçün yaxşı nəticədir. Ancaq bu məni xoşbəxt etmir. Heç bilmirəm hansı məğlubiyyət daha ağırdır. Reallıq budur ki, çempion ola bilmədik. "Atletiko"dan getmək barədə düşünürəm".  

Qeyd edək ki, "Real" - "Atletiko" matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda başqa qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:3) "Real" 11-ci dəfə Çempionlar Liqasının kubokunu başıüzərinə qaldırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail