AÇ-2016: İspaniya və İtaliya millisində ciddi itki

30.05.2016 | 2930 dəfə oxunub

İspaniya və İtaliya millisində Avropa çempionatı öncəsi bir futbolçu zədələnib. Stadium.az saytının məlumatına görə, söhbət ispanların müdafiəçisi Daniel Karvahal və italyanların yarımmüdafiəçisi Rikkardo Montolivodan gedir.

“Real”ın heyətində Çempionlar Liqasının “Atletiko” ilə keçirilən final matçında zədələnən Karvahalın durumuna yaxın iki gündə aydınlıq gələcək. Sağ cinah oyunçusunun qitə birinciliyinə yollanmayacağı dəqiqləşsə, onu millidə “Arsenal”ın oyunçusu Ektor Bellerin əvəz edəcək.

Montolivo isə yığmasının məşqi zamanı ayağından xəsarət alıb. Şotlandiya ilə qarşılaşmadan sonrakı bərpa xarakterli məşqdə zədələnən 31 yaşlı orta sahə oyunçusunun Avropa çempionatında iştirakı sual altına düşüb. Montolivo DÇ-2014-ü də zədə ucbatından buraxmışdı.

Fransada təşkil ediləcək Avropa çempionatı 10 iyun – 10 iyul tarixlərində keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail