Roman Qriqorçuk: "Allahı qəzəbləndirməyə dəyməz, nəyi əldə etdiksə, onu qiymətləndirmək lazımdı"

01.06.2016 | 2771 dəfə oxunub

“Başa çatan mövsüm asan keçmədi, bu, dəqiqdi. Mövsümü iki hissəyə bölərdim”. Stadium.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.


Ukrayna mətbuatına danışan təcrübəli çalışdırıcı komandasının başa çatan mövsümdəki çıxışını dəyərləndirib: “Ötən yay Avroliqada 4 təsnifat mərhələsini keçərək, qrupa düşdük. Bu, fantastik nəticə idi. Mövsümün ikinci hissəsinə isə Azərbaycan çempionatındakı çıxışımızı aid etməliyəm. Çox çətin oldu. Düşünürəm ki, məşqçi karyeramın ən çətin mövsümünü keçirdim. Üzüntüdən söhbət gedə bilməz. Mən bu nəticənin dəyərləndirilməsində bütün mənfi məqamları ixtisar edirəm. Allahı qəzəbləndirməyə dəyməz, nəyi əldə etdiksə, onu qiymətləndirmək lazımdı. Bu nəticəni yaxşı saymaq olar. Təbii ki, mövsümə “Qarabağ”la çempionluq mübarizəsi aparmaq, bacardığımız qədər birinci yer uğrunda oynamaq istəyi ilə başlamışdıq. Deyirdik ki, bu, mümkündü, ancaq alınmadı”.


Ukraynalı çalışdırıcı Azərbaycanı çempionu “Qarabağ”ın hazırda “Qəbələ”dən güclü olduğunu etiraf edib: “İnsanlar yüksək ideyalarla yaşamalı və qarşılarına ambisiya, məqsəd qoymalıdılar. Ancaq məsələni ayıq şəkildə təhlil edəndə başa düşürük ki, indiki məqamda Azərbaycan çempionu bizdən güclüdü və qızıl medallara layiqdi. “Qarabağ”la oyunları çıxmaq şərtilə, qalan bütün görüşlərdə qələbə qazana bilərdik. Ancaq çempionat ərzində bir problemlə üzləşdik – qol vəziyyətlərindən maksimum istifadə etməmək. Əksər oyunlar bizim üstünlüyümüz şəraitində keçdi. Ancaq qol imkanlarından nadir hallarda lazımi qədər istifadə etdik. Bu səbəbdən çoxlu xal itirdik. Elə oyunlar oldu ki, 10 qol vəziyyətini boşa verdik”.


Qriqorçuk söhbət əsnasında “Qəbələ”nin ötən yay Avroliqanın qrup mərhələsində yaxşı çıxış etdiyini bildirib: “Avroliqanın qrup mərhələsindəki çıxışımızı layiqli sayıram. Siz də yaxşı başa düşürsüz ki, Dortmund “Borussiya”sı ilə aramızdakı fərq böyükdü. Buna baxmayaraq, onlarla Bakıdakı oyunun ilk hissəsində 3-4 qol vəziyyəti yaratdıq, güclü “alman maşını”nı məyus edə bilərdik. Nəticə ürəyimizcə olmasa da, yüksək səviyyəli oyun nümayiş etdirə bildik. “Krasnodar”la səfər görüşü barəsində də eyni sözləri deyə bilərəm. 1:2 hesabı ilə uduzsaq da, mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdik. PAOK-a isə nə evdə, nə də səfərdə uduzduq. Bir sözlə, Avroliqada yaxşı təcrübə qazandıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail