Kosova tarixində ilk oyununda qələbə qazandı, "bizimkilər" məğlub oldu

04.06.2016 | 2778 dəfə oxunub

Dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib. Stadium.az saytının məlumatına görə, FİFA üzvlüyünə qəbul edildikdən sonra ilk rəsmi oyununa çıxan Kosova millisi Farer adalarını 2:0 hesabıyla məğlub edib.

Berqamoda keçirilən Albaniya - Ukrayna oyununda ukraynalılar 3:1 hesabıyla qalib gəlib.

Gürcüstan millisi isə Rumıniya ilə oyunda darmadağın olub - 1:5.

İsveçrə millisi evdə Moldovanı 2:1 hesabıyla məğlub edib.

Maraqlıdır ki, baş tutan matçlarda Azərbaycan çempionatında çıxış edən 3 futbolçu meydana çıxıb ki, onlardan hər üçü məğlubiyyətə üzlüb. Gürcüstanda “İnter”li Nika Kvekveskiri, Moldovada AZAL-lı Stanislav Namaşko və Albaniyanın heyətində “Qarabağ”lı Ansi Aqolli komandalarına kömək edə bilməyiblər.


Yoxlama oyunları

3 iyun

İsveçrə - Moldova - 2:1
Qollar: Cemaili, 12, Mehmedi, 75 - Qinsari, 69.


Kosova - Farer adaları - 2:0

Qollar: Bunyaku, 44. Berişa, 90+4
 

Rumıniya - Gürcüstan - 5:1
Qollar: Adrian Popa, 2, Amisulaşvili, 3 (öz qapısına), Stanku, 49. Torxe, 80; 87 - Motj, 68.


Albaniya - Ukrayna - 1:3
Qollar: Sadiku, 13 - Stepanenko, 9. Yarmolenko, 49. Konoplyanka, 87



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail