Blatter puşkatma saxtakarlığı ilə bağlı şok etiraf etdi

14.06.2016 | 3321 dəfə oxunub

FİFA-nın sabiq prezidenti Zepp Blatter şok açıqlama ilə diqqət çəkib. Stadium.az xəbər verir ki, o, püşkatmalar zamanı qanunsuzluğa yol verildiyini etiraf edib.

1998-2016-cı illər aralığında ali futbol qurumuna rəhbərlik etmiş və bu müddətdə rüşvət almaq və verməkdə ittiham edilərək vəzifəsindən uzaqlaşdırılmış Blatter Avropa turnirlərindən birində püşkatma zamanı saxtakarlıq olunduğunu söyləyib.

Lakin o, həmin saxtakarlığın hansı turnirdə və nə zaman edildiyini açıqlamayıb: “Milyonlarla insanın canlı izlədiyi püşkatma zamanı belə, saxtakarlıq etmək mümkündü. Çünki bunu öz gözlərimlə görmüşəm. Avropa turnirlərinin birinin püşkatması idi. Həmin saxtakarlığın təşkilatçısı isə bir İtaliya komandası idi. İsti və soyuq şarlar vasitəsilə istədikləri komandanın adını səbətdən çıxara bilmişdilər. Mən də buna şəxsən şahid olmuşam”.

80 yaşlı isveçrəli futbol adamı özünün belə qanunsuzluqlara qarışmadığını da əlavə edib: “Digər prezidentlərdən fərqli, mən heç vaxt püşkatma mərasimlərində iştirak etməmişəm. Onlar isə səbətdən şəxsən özləri topları götürüb, cütlükləri müəyyən ediblər. Vəzifədə olduğum müddətdə heç vaxt qanunsuz iş görmədim. Bu baxımdan vicdanım rahatdı”.

Adı korrupsiyada hallanan Yozef Blatter 8 il müddətinə futboldan uzaqlaşdırılma cəzası alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail