UEFA-dan Rusiyaya sərt xəbərdarlıq

14.06.2016 | 3165 dəfə oxunub

UEFA Rusiya milli komandasının şərti olaraq Avropa çempionatından uzaqlaşdırıb.

Stadium.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumu “Avro-2016”nın Rusiya – İngiltərə matçından əvvəl, oyun zamanı və sonrası rus azarkeşlərinin qaydalara zidd davranışı səbəbindən belə cəza verib. Bundan başqa, Rusiya Futbol İttifaqına 150 min avro maliyyə sanksiyası tətbiq edilib.

Həmin oyun zamanı rus azarkeşlər irqçi şüarlar səsləndirib, tribunalarda iğtişaş yaradıb. Oyun bitən kimi onlar yan tribunalarda əyləşən ingilis azarkeşlərinə hücum edərək dava salıblar.

Əgər bənzər hadisələr təkrarlanarsa, o zaman şərti cəza qüvvəyə minəcək və UEFA Rusiya millisini yarışdan kənarlaşdırılacaq.

Rusiya Futbol İttifaqı UEFA-nın cəzasını sərt, amma ədalətli adlandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail