Şahin Diniyev: "...bizə təxminən 10 gün vaxt lazımdır" - MÜSAHİBƏ

22.06.2016 | 2880 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin müsahibəsini təqdim edirik:

- Ərzurum toplanışınız necə keçdi?
- Normal keçdi. Fiziki yüklənmələr çox oldu. Uşaqlar sağ olsunlar ki, bunun öhdəsindən gəldilir. Baş məşqçi olaraq, razı qaldım. Amma problemlərimiz də var. Bildiyiniz kimi, Türkiyədə yüksək dağlıq yerdə məşq edirdik. İndi adi hava şəraitinə alışmaq üçün bizə təxminən 10 gün vaxt lazımdır. Oyunumuzun iyunun 30-dan 28-nə keçirilməsi bizim üçün problem yaratdı. UEFA-nın bu qərarı bizim üçün böyük problemdir.

- Avroliqanın ilk təsnifat mərhələsindəki rəqibiniz Moldova "Daçiya"sı barədə fikirləriniz maraqlıdır...
- Zəif rəqib deyil. "Daçiya"ya hörmətlə yanaşırq. Onsuz da biz zəif rəqibin düşməsinə ümid edə bilməzdik. Çünki səpələnməmişlər səbətində yer almışdıq. Onların Donetsk "Şaxtyor"u ilə yoxlama oyununa (1:1) baxmışam. Bu komandanı Moldova çempionu da hesab etmək olar. Çünki lider "Şerif"ə yalnız "qızıl oyun"da uduzublar. Heyətində təxminən 11 legioner var. Qazaxıstandan, Rusiyadan, Ukraynadan futbolçular alıblar. Qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyən komandadır.

- Deməli, cütün favoriti "Daçiya"dır?
- Kağız üzərində elədir. Amma futbol proqnozu sevmir. Güclü heyəti var. Amma bu, "Kəpəz"in onlar qarşısında ağ bayraq qaldırması üçün əsas vermir. Bizim də öz hədəflərimz var.

- İlk oyunun Bakıda, "Dalğa Arena"da keçirilməsi sizin üçün üstünlükdür, ya rəqib üçün?
- Bu, rəqib üçün üstünlükdür. İlk oyunu Moldovada keçirmək istərdik.

- Komandanız yeni transferlərdən sonra nə dərəcədə güclənib?
- Dəyişiklərin şübhəsiz ki, təsiri olacaq. Hazırlıq üçün vaxt da az idi. Az yoxlama oyunu keçirdik. Yeni gələnlərin tam uyğunlaşmaması da mənfi təsir göstərə bilər. Amma bunlara görə ağlamaq fikrimiz yoxdur. Bütün çətinliklərə baxmayaraq, hədəfimiz qələbə qazanmaqdır. Öz meydanımızda yaxşı nəticə qazanmalıyıq.

- Heyəti formalaşdırmağı başa çatdırmısınız?
- Büdcəmiz ciddi transferlər etməyə imkan vermirdi. Ona görə də gücümüz çatan transferlər həyata keçirdik.

- Qarşınıza nə kimi hədəf qoymusunuz və bu, klub rəhbərliyinin tələb etdiyindən nə dərəcədə fərqlənir?
- İndiki məqamda hələ ki, hədəfimiz birinci mərhələni uğurla adlamaqdır. Amma bunun üçün çox güc sərf etməliyik. Heç bir komanda indidən növbəti mərhələyə vəsiqə qazanacağını əminliklə söyləyə bilməz. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail