Güclü qrupa düşməyimizə baxmayaraq, bizim məqsədimiz qrup səddini aşmaqdı.

29.08.2016 | 4087 dəfə oxunub

“Bu, bizim üçün heç də uğurlu püşk olmadı. Çünki olduqca güclü qrupa düşmüşük”. Stadium.az saytının məlumatına görə, bunu “Maynts”ın baş məşqçisi Martin Şmidt deyib.

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda mübarizə aparacaq Almaniya təmsilçisinin hədəfi növbəti mərhələdi. Yerli mətbuata açıqlama verən Şmidt bunun üçün çox əziyyət çəkməli olacaqlarını söyləyib.

49 yaşlı mütəxəssis “Qəbələ” haqda da fikirlərini bölüşüb: “Rəqibləri az da olsa, təhlil etmişəm. “Anderlext” Çempionlar Liqasında oynayacaq gücdə komandadı. Onlar qrupun favoriti sayılırlar. “Sent-Etyen”in də artıq Avrokubok təcrübəsi var. “Qəbələ” isə iki ildi I mərhələdən qrupa qədər irəliləyir. Onları da siyahıdan silmək olmaz. Güclü qrupa düşməyimizə baxmayaraq, bizim məqsədimiz qrup səddini aşmaqdı. Bunu bacaracaq gücdə oyunçularım var”.

Qeyd edək ki, “Maynts” Avroliqanın II turu çərçivəsində sentyabrın 29-da “Qəbələ”nin qonağı olacaq (apasport.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail