Azərbaycan çempionatlarında 2-ci dəfə

11.09.2016 | 2623 dəfə oxunub

“Neftçi”nin futbolçusu Jayro Filyo Rodriges ardıcıl 2-ci oyunda avtoqol müəllifi olub. Stadium.Az xəbər verir ki,  remyer Liqanın III turunun “Qarabağ”la avqustun 21-də keçirilən qarşılaşmasında (0:3) öz qapısına qol vuran braziliyalı sentyabrın 10-da baş tutan IV turun “Qəbələ” ilə görüşündə (0:8) də eyni xətaya yol verib.

Bununla da Rodriges ardıcıl iki tur avtoqol edən 2-ci futbolçu kimi Azərbaycan çempionatları tarixinə düşüb. İlk belə uğursuz isə ötən mövsüm qeydə alınmışdı. “Sumqayıt”ın üzvü Cəmil Hacıyev ötən ilin noyabrında “Zirə” və “Qəbələ” ilə matçlarda “fərqlənmişdi”. Jayro eyni mövsümdə 1-dən artıq avtoqol edən 5-ci oyunçudur. Natiq Qasımov (MOİK) 2005/06 mövsümündə ikisi eyni oyunda olmaqla öz qapısına 3 qol vurubsa, Ruslan Abışov (“Neftçi”) 2011/12, Eltun Yaqublu (AZAL) 2014/15 mövsümlərində Hacıyev və Rodriges kimi 2 dəfə üzüntü yaşamışdı. Ümumilikdə isə Jayro 1-dən çox avtoqol müəllifi olan 20-ci futbolçudur. Natiq Qasimov, Ayxan Abbasov və Saşa Yunisoğlu 3, 17 futbolçu isə 2 dəfə öz qapıçısını məyus edib.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail