DÇ-2018-in seçmə mərhələsinin H qrupu çərçivəsində keçirilən Cəbəllütariq – Belçika matçı Kristian Benteke üçün əlamətdar olub.
Stadium..az xəbər verir ki, qonaqların hücumçusu 7-ci saniyədə qol vurmaqla dünya çempionatının seçmə mərhələləri tarixində ən erkən fərqlənən futbolçu olub. Belçikanın 6:0 hesablı qələbəsi iəl başa çatan qarşılaşmada o, het-trik etməyi bacarıb.
Bundan əvvəlki rekord 1993-cü ildə 8-ci saniyədə İngiltərə millisinin qapısına yol tapan San Marinonun fubolçusu David Qualtieriyə aid idi.