Braziliyada maraqlı hadisə: baş məşqçinin qızına görə kluba cəza verildi

18.11.2016 | 4476 dəfə oxunub

Braziliya kubokunda maraqlı hadisə yaşanıb.

Stadium.az xəbər verir ki, kubokun yarımfinal mərhələsində "Qremio" doğma meydanda "Kruzeiro"nu qəbul edib. Meydan sahiblərinin baş məşqçisi Renato Qauçonun qızına etdiyi jest ona baha başa gəlib.

"Qremio" 2 matçın nəticəsinə əsasən 2:0-lıq hesabla finala vəsiqə qazanıb. Ev sahiblərinin baş məşqçisi qızı Karolina Portaluppini ehtiyat oyunçular skamyasında əyləşdirib. 22 yaşlı qızını yanında əyləşdirdiyinə görə Qauçonun komandası sərt cəzaya məruz qalıb.

Braziliya Futbol Federasiyası baş məşqçinin etdiyi hərəkəti qaydalara ziddi hesab edib və klubu cəzalandırıb. Belə ki, iki matçdan ibarət finalda "Qremio"nun ev sahibi olacağı görüş neytral meydanda keçiriləcək. Bundan başqa komanda 30 000 real məbləğində cərimə ödəyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail