Yenə soyuq dekabr ayı... - YAZI

11 sentyabrdan daha pis 11 dekabrı yaşamamaq ümidylə!

06.12.2016 | 4196 dəfə oxunub

 Yenə də tarix yazmağa çox yaxın olan "Qarabağ" komandası...

Təsadüfdən rəqib də eyni ölkənin təmsilçisidir. Bəli, hər şey 2015-ci ilin 11 dekabrına çox bənzəyir. Amma o 11 dekabr bizlər üçün ABŞ-ın yaşadığı 11 sentyabrdan daha betər olmuşdu.  Təki bənzəyən nəticə olmasın. Əslində nəticə də bənzəsin. Amma yetər ki, hakim Bebek, çex Zelinkaya bənzəməsin. Heç biz də amerikalılara bənzəmirik.

Soyuq 11 dekabr günü, 30 minlik Tofiq Bəhramov adına Respublika stadionunu, 90 dəqiqə "qızdıran" azarkeşlərə əsl "soyuq" məhz elə o Zelinkadan gəlmişdi. Həm də əlavə vaxtda. Əks halda o zaman soyuq dekabrda İtaliya nəhəngi "İnter"I, o "isti"də dəfn edən "Qarabağ", bu dəfə də ona bənzər daha bir məzar qazmalıdır. Fərq ondadır ki, bu dəfə dəfn olunmalı İtaliya təmsilçisi "İnter" yox, "Fiorentina"dır.

Çətin işlərin memarı, Qurban və komandası 8 dekabrda yenə iş başında olacaqlar. Təbii ki, digər memarlar - 12-ci oyunçu da öz yerlərini tutacaqlar. Bu birlik belə çətinliklərin öhdəsindən çox gəlib. Növbəti qurban "Fiorentina" olmalıdır. O "Fiorentina" ki, qrupun son turunda "Qarabağ"ı yunanlara qurban vermişdi. "Qarabağ"ı yunanlara qurban verən "Fiorentina"nı elə Qurbanla qurban etməkdən gözəl nə ola bilər ki?


"Qarabağ"ın yeni qurbanına şahid olmaq ümidi ilə, 8 dekabr  Tofiq Bəhrəmovda görüşənədək.

XANOĞLAN İMANOV





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail