Neymarın prezidenti "Real"ı qudurğan adlandırdı

15.11.2011 | 4946 dəfə oxunub

Braziliyanın "Santos" klubunda çıxış edən Neymarın transferi ilə bağlı maraqlı hadisələr yaşanıb. Stadium.az xəbər verir ki, gənc ulduzun keçidində maraqlı olan klubların işi çətinə düşüb. Belə ki, klub prezidenti Luiz Alvaro de Oliveyra məsələyə əl qoyaraq Neymarı komandada saxlamaq üçün önəmli addımlar atıb.

Neymarın transferində "Real"ın şansı daha çox qiymətləndirilirdi. Ancaq Oliveyranın müdaxiləsindən sonra "kral klubu"nun gənc istedadı transfer etməsi çətinləşib. Prezident məsələ ilə bağlı açıqlamasında bunları deyib:

"Neymara "Real"la danışıqları dayandırmasını mən dedim. Bunun səsəbi ise Madrid klubunun qudurğan və pis münasibəti oldu. Mourinyo Neymardan saçlarını kəsməsini istəyəcəkdi, ancaq o, burada saçını istədiyi kimi düzəldə bilir.

Neymarın bizimlə olan müqaviləsini uzadacağını xəbər vermək üçün əvvəlcə Rosellə ("Barselona" prezidenti) əlaqə saxladım. O da bizi dostca dinlədi. Ama Florentino Perez ("Real" prezidenti) çılğına döndü və onunla telefon söhbətimiz bir dəqiqə də çəkmədi".

Hazırda "Real"ın Neymarı transfer etməsi imkansız görünür, amma "Barselona", "Mançester Yunayted" və "Çelsi"nin hələ də şansı var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail