Stadium.az xəbər verir ki, 56 yaşlı mütəxəsis 2018 DÇ seçmə mərhələsində Yunanıstanla oyundakı (1:1) hərəkətlərinə görə 2 oyunluq diskvalifikasiya olunub. Bajdareviçin ikinci oyun üçün cəzası şərtidir. O, iyunda Yunanıstanla cavab görüşündə texniki zonaya qayıda bilər.
Afinada keçirilən oyunda bosniyalı hücumçu Edin Dzeko da əsəblərini cilovlaya bilmədiyi üçün qırmızı vərəqə iləcəzalandırılmışdı. O, rəqib müdafiəçi Sokratis Papastatopulosun şotunu aşağı çəkmişdi.