"Sulu Göz", "87-ci ilin maşını", "adamyeyən", "at quyruğu" - Futbolçuların Ləqəbləri

22.01.2017 | 5367 dəfə oxunub

Öz oyunları və vurduğu möhtəşəm qollarla yanaşı futbolçular, həm də öz ləqəbləri ilə seçilirlər. Stadium.Az bəzi məşhur futbolçuların ləqəbləri ilə tanış edir:

Argentina millisinin və İspaniyanın "Barcelona" klubunun hücumçusu Lionel Messi təvəllüdünə uyğun olaraq "87-ci ilin maşını" ləqəbi ilə məşhurlaşıb. Messi 5 dəfə "Qızıl Top" mükafatını qazanıb.Müasir futbol tarixinin ən möhtəşəm futbolçularından biri "fenomen", "yekədiş" ləqəbli braziliyalı Ronaldo olub. Karyerası ərzində "İnter Milan", "Milan, "Barcelona", "Real Madrid" kimi klubların heyətində çıxış edib. 

Uruqvay millisinin və "Barcelona"nın hücumçusu Suarezin ləqəbi "adamyeyən" və "el pistolero"dur. "Adamyeyən" ləqəbini futbolçuları dişlədiyinə, "el pistolero" (qatil, bandit) dəqiq zərbələrinə görə alıb.

İdman karyerasını 1982-2004-cü ilərdə İtaliyada keçirən, Fiorentina, "Yuventus", Milan, “Bolonya”, İnter Milan və klublarının şərəfini qoruyan İtaliya milli yığma komandası heyətində 1990, 1994 və 1998-ci illərdə keçirilən futbol üzrə dünya çempionatlarında ölkəsini təmsil edən məşhur futbolçu Roberto Bacconun ləqəbi “At quyruğu” olub.

İtaliya futbol ulduzu Fabio Kannavaro da öz maraqlı ləqəbi ilə tanınır - “Berlin divarı”. 2006-cı ildə göstərdiyi performans ilə UEFA tərəfindən ilin futbolçusu seçilib. Kannavaro bu mükafatı alan 3 müdafiəçidən biridir.

Qana əsilli italyan futbolçu Mario Balotelli də maraqlı ləqəbləri olan futboçular siyahısındadır. “Super mario” hazırda "Nice"ın heyətində çıxış edir.

Məşhur çexiyalı futbolçu Tomaş Rositskinin ləqəbi “Balaca Motsart”dır. Dünyanın ən yaxşı mərkəz oyunçularından biri hesab olunan Rostitski öz vətənində "Sparta Prague"nın heyətində oynayır.

Dünya şöhrətli futbol ulduzu Real madrid komandasının oyunçusu, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun ləqəbi “Sulu göz” olub. Anasının və yaxınlarının dediyinə görə, oyun zamanı ona pas ötürülmədikdə, yaxud da istədiyi kimi oynamadıqda yanaqlarını sıxaraq ağlamağa başlayırdı.

Fransalı futbolçu, İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi, BMT-nin xoşməramlı səfiri Zinəddin Zidanın ləqəbi “Zizu” olub. 

Adının mənası portuqalcadan tərcümədə “balaca ronaldo” olan məşur futbolçu Ronaldinyonu hər kəs “Ronni “ deyə çağırır. 

İspaniya millisinin və "Chelsea"nın futbolçusu Dieqo Koşta "div adam" kimi tanınır. Bu ləqəb Koştanın görünüşü ilə bağlıdır. 28 yaşlı futbolçunun yaşının çox olduğu illərdir müzakirə olunur. "Sumqayıt" klubunun və futbol üzrə Azərbaycan milli yığma komandasının qapıçısı Fərhad Vəliyevin ləqəbi - "Yapon"dur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail