"Barselona" Enrikeni yola salır?

16.02.2017 | 3596 dəfə oxunub

“Barselona” baş məşqçisi dəyişmək qərarına gəlib.

Stadium.az xəbər verir ki, bununla əlaqədar klubun prezidenti Xosep Mariya Bartemou yaxın günlərdə idman direktorları Robert Fernandeslə görüşəcək. Görüşdə yeni baş məşqçi ilə konkret danışıqlara başlamaq üçün göstəriş veriləcək.

Hətta bu yaxınlara qədər “Barselona”nın Luis Enrike ilə müqavilənin müddətini uzatmaq istədiyi bildirilirdi. Amma komandanın Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0:4 hesablı məğlubiyyət, eləcə də La Liqada lider “Real”dan geri qalması səbəbindən klub rəhbərliyinin fikrini dəyişdiyi iddia edilir.

Luis Enrikenin klublar müqaviləsi 2017-ci ilin yayında başa çatır.

Bundan başqa, qeyd edilir ki, futbolçular Luis Enrikenin oyun taktikasından və əvəzetmələrindən narazıdır. Futbolçular inanırlar ki, Luis Enrike müqaviləsi başa çatan kimi “Barselona”nı tərk edəcək.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail