Dmitri Nazarov: "“Həmişə penalti zamanı topu göndərəcəyim küncü əvvəlcədən müəyyənləşdirirəm"

13.03.2017 | 3105 dəfə oxunub

“Qol vurub komandama qələbə qazandırmaq yaxşıdı, amma bu qolun müəllifinin kimin olması əhəmiyyətli deyil. Artıq qazandığımız hər xal bizə vacibdir. Əsas komandanın uğurudur".

Stadium.Az xəbər verir ki, bu sözləri milli komandamızın və Almaniyanın "Aue" klubunun  üzvü Dmitri Nazarov deyib.

Təcrübəli yarımmüdafiəçi II budesliqanın 24-cü turunda “Karlsrue” ilə oyunda penaltidən fərqlənərək komandasına qələbə qazandırıb. 

Nazarov bununla bağlı Almaniya mətbuatına açıqlama verib. O, penalti vurmağın çox asan olduğunu bildirib: 

“Həmişə penalti zamanı topu göndərəcəyim küncü əvvəlcədən müəyyənləşdirirəm. Əlavə nəsə fikirləşmirəm. Zərbə anında gördüm ki, qapıçı həmin küncə tullanmağa hazırlaşır. Ancaq bu da mənim üçün problem deyil. Zərbə vurduğum zaman heç vaxt topun qapıdan keçib-keçməyəcəyini düşünmürəm. Sadəcə, topa yaxınlaşıb zərbəni vururam”.

27 yaşlı futbolçu cari mövsüm "Aue"nin heyətində 4 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail