Dibala "Barselona"nı arzulayır

15.03.2017 | 2963 dəfə oxunub

Çempionlar Liqasının 1/8 finalının cavab oyununda "Porto"nun qapısına (Portuqaliya) qələbə qolunu vuran (1:0) "Yuventus" klubunun hücumçusu Paulo Dibala turnirin favoritlərindən biri olduqlarını düşünür. Stadium.Az xəbər verir ki, argentinalı forvard bunları deyib:

"Biz hazırkı heyətimiz ilə Çempionlar Liqasını qazana bilərik. Biz "A" Seriyasında liderlik edirik, İtaliya Kubokunun yarımfinalının ilk oyununu qalib gəlmişik və Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazandıq. Düşünürəm ki, bütün bu turnirləri qazanmaq bizim gücümüz daxilindədir.

Turnirdə bir çox güclü komanda qalıb. Lakin biz kifayət qədər səviyyəyə malikik və qələbənin nə olduğunu bilirik. İki il əvvəl mən burada olmamışam, lakin istəyirəm ki, "Yuventus" həlledici matçda yenidən "Barselona" ilə oynasın" - Dibala deyib.

Çempionlar Liqasının  2014-cü ildə Berlində keçirilən final qarşılaşmasında "Yuventus" "Barselona"ya 1:3 hesabı ilə məğlub olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail