Mbappe: "Buffon? O, dünyanın ən yaxşılarından biridi"

02.05.2017 | 3302 dəfə oxunub

“Monako”nun hücumçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalında “Yuventus”a qarşı keçirəcəkləri oyundan danışıb. 

Stadium.az xəbər verir ki, gənc forvard Turin klubunun qapıçısı, öz mövqeyində dünyanın ən yaxşılarından olan Canluici Buffona qol vurmaq arzusunda olduğunu bildirib:

“Komandamızın heyətində xeyli sayda yaxşı futbolçu var. Hər birimiz “Monako”nun uğuru üçün çalışırıq. Bu səbəbdən də komandamızın qollarını fərqli futbolçular vurur. Cari mövsüm titullar qazanmaq istəyirik. On görə də vahid kollektiv olmalıyıq. 

“Yuventus” dahi klubdur. Bu komandanın tarixi, böyük futbolçuları var. Unutmaq olmaz ki, “Yuventus” əvvəlki mərhələdə favorit olan “Barselona”nı mübarizədən kənarlaşdırıb. Amma bizim də məqsədimi də finala adlamaqdır. 

Buffon? O, dünyanın ən yaxşılarından biridir. Belə bir qapıçıya qarşı oynayacağım üçün çox şadam. İstəyim Buffona qol vurmaqdır”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail