Pike: "Qızıl top"u Buffon qazansaydı, əla olardı"

23.05.2017 | 3300 dəfə oxunub

"Barselona"nın müdafiəçisi Jerar Pike təcrübəli qapıçı Canluici Buffonun "Qızıl top"a layiq olduğunu deyib. Stadium.Az xəbər verir ki, katalon futbolçu İtaliya telekanallarından birinə açıqlamasında bəzi məsələlərə toxunub.

"Qızıl top"u Buffon qazansaydı, əla olardı. O, İtaliya çempionatı, dünya çempionatının qalibidir. İndisə Çempionlar Liqasında titula sahib çıxmaq imkanı var.

Buffon həmin mükafatı karyerasına və "Yuventus"da keçirdiyi son mövsümə görə haqq edir. Lev Yaşindən sonra "Qızıl top" yenidən qapıçıya təqdim olunsa, maraqlı olardı.

"Qızıl top"a kim sahib çıxa bilər? Messi dünyada və futbol tarixində ən yaxşıdır. Bu mövsüm ən yaxşı bombardir kimi ona "Qızıl buts" təqdim ediləcək. O, hər iki mükafata layiqdir. Çempionlar Liqasının finalı 2 gözəl komandanın dueli kimi yadda qalacaq. "Yuventus" xeyli zamandır inkişafdadır. Onların Buffon kimi möhtəşəm futbolçuları var ki, bu turnirdə ilk dəfə qalib olmaq arzusundadır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail