"Barselona" ABŞ-a bu heyətlə gedib

18.07.2017 | 2890 dəfə oxunub

"Barselona"nın yeni baş məşqçisi Ersento Valverdenin ABŞ-da keçiriləcək təlim-məşq toplanışına aparacağı heyət müəyyənləşib.

Stadium.Az xəbər verir ki, klubun saytında açıqlanan heyətdə türk futbolçu Arda Turan da yer alıb.

Bundan əvvəl "Barsa"nın yeni baş məşqçisi Ersento Valverdenin Ardanı komandada görmək istəmədiyi  və onun transferə çıxarılacağı iddia edilirdi. Amma türk futbolçu heyətə daxil edilib. Bu isə onun növbəti mövsümdə də komandada qalacağı deməkdir.

Ümumilikdə, “Barselona”nın ABŞ toplanışına aparacağı futbolçular bunlardır:

Pike, Rakitiç, Serxio, Denis Suares, Arda, İnyesta, Luis Suares, Messi, Neymar, Killessen, Maskerano, Paco Alkaser, Xordi Alba, Din, S. Roberto, Aleksis Vidal, Umtiti, Semedo, Marlon, Duqlas, Samper, Vermaelen, Munir, Ortola, Yokin, Ezketa, Alena.

ABŞ-da Beynəlxalq Çempionlar Kuboku yarışıma qatılacaq “Barselona” “Yuventus” (22 iyul), “Mançester Yunayted” (26 iyul) və “Real"la (29 iyul) oyun keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail