Maradona: "O dövrdə hakim videotəkrardan istifadə edə bilsəydi, vurduğum qolu hesaba almazdı"

26.07.2017 | 4223 dəfə oxunub

Dünya futbolunun canlı əfsanələrindən olan Diyeqo Maradona FİFA mətbuat xidmətinə videotəkrarlardan istifadə ilə bağlı fikirlərini açıqlayıb.

Stadium.Az xəbər verir ki, Maradona 1966-cı il dünya çempionatının finalında həmyerlimiz Tofiq Bəhramovun qolu hesaba almasını da səhv qərar kimi qiymətləndirib.

"Futbol digər növlərdən geri qalmamalıdır. Texniki inkişaf tempini və yeni sistemlərin müxtəlif idman növlərində istifadə olunmasını nəzərə alıb futbolda bundan niyə imtina edək? Deyirdilər ki, mübahisəli epizodların videotəkrarını izləmək uzun vaxt aparacaq. Bu isə oyunun tempini aşağı salacaq. Lakin belə olmadığını gördük.

Hakim yanlış qərar qəbul edəndə və vurulan qolu hesba almayanda azarkeşlər özündən çıxır. Texnologiya şəffaflığı və qəbul olunan qərarların keyfiyyətini artırır. Hücumameyilli, açıq futbol oynayan komandalar bu sistemin tətbiqindən razı qalacaq. 90 dəqiqə ərzində komandanın oyununda eniş və yoxuş müşahidə edilir. 15 dəqiqə bir tərəf üstün ola bilər.

Sonra isə üstünlük rəqibin tərəfinə keçir. Hesabı açırsansa, güman ki, rəqib fəallaşacaq və top smeydanın sənə aid hissəsində dövr edəcək. Oyun daha dinamik olacaq. Amma sənin vurduğun qolu hesaba almırlarsa, üstünlüyü itirib şansı əldən qaçırmaq mümkündür. Bu isə ədalətli deyil.

Mənim əllə vurduğum qol? Bu sistem barədə hər dəfə danışanda həmin qolumu xatırlayıram. O dövrdə hakim videotəkrardan istifadə edə bilsəydi, vurduğum qolu hesaba almazdı. Sizə daha bir epizodu deyim. 1990-cı il dünya çempionatında SSRİ ilə matçda topu qapı xəttindən əllə çıxardım. Bəxtimiz gətirdi ki, refer bunu görmədi.

İndisə vəziyyət tam başqadır. Yeni texnologiyaların sayəsində "tanrının əli" olmayacaqdı. Gəlin, İngiltərənin 1966-cı il dünya çempionatının qalibi olduğu oyuna nəzər salaq. Məncə, həmin vaxt top qapı xəttini keçməmişdi. Həmin ədalətsiz qərar 2010 mundialında ingilislərin özlərinə rast gəldi.

Almaniya ilə görüşdə Frenk Lempardın təmiz qolu hesaba alınmadı. İngilislər qola layiq idi, amma hakim səhvindən sonra almanların ruh yüksəkliyi artdı və meydanda qüvvələr balansı dəyişdi. Analoji sistemin mövcud olacağı təqdirdə dünya çempionatının tarixini dəyişəcək çox qərarları xatırlamaq olar. Səhvlərə son qoymaq zamanı yetişib".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail