"Neftçi"nin qəniminin baş məşqçisi qovuldu

08.12.2011 | 4425 dəfə oxunub

Çempionlar Liqasının təsnifat mərhələsində təmsilçimiz "Neftçi"nin rəqibi olmuş Zaqreb "Dinamosu" baş məşqçisi qalıb. Stadium.az xəbər verir ki, ÇL-in qrup mərhələsinin son matçında Lion "Olimpiki"nə 1:7 hesablı məğlubiyyət Krunoslav Yurçiçin postundan uzaqlaşdırılması ilə nəticələnib.

Qrupdakı son matçında "Olimpik"lə qarşılaşmada "Dinamo" ilk hissəni 1:1 hesablı heç-heçə ilə bitirsə də, ikinci hissə fransızlar rəqib qapısına 6 qol vurmaqla darmadağını rəsmiləşdirib. Xorvatiya təmsilçisi qrup mərhələsinə cəmi 3 qol vurub, bunun əvəzində isə qapısında 22 qol görüb. Bu nəticə ilə "Dinamo" qrupu son sırada bitirib. Madrid "Real"ının ilk sıranı tutduğu qrupun ikincisi məhz son matçdakı darmadağın hesabına Lion "Olimpik"i olub. "Ayaks" isə fransızlarla eyni al toplasa da, UEFA Avropa Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, "Dinamo" ÇL-in təsnifat mərhələsində "Neftçi"ni məğlub etdikdən sonra "ağ-qaralar"ın baş məşqçisi Arif Əsədov da istefa vermişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail