Çempionlar Liqası üçün inanılmaz iddia - FOTOLARLA

09.12.2011 | 5412 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsinin son turunda keçirilmiş "Dinamo" (Zaqreb) - "Olimpik" (Lion) matçı böyük müzakirəyə səbəb olub.

Stadium.az xəbər verir ki, Xorvatiyada 7:1 hesabı ilə qalib gəlmiş fransızlar məhz bu qollar sayəsində Hollandiyanın "Ayaks" klubunu topların daha yaxşı fərqinə görə üstələyib və növbəti mərhələyə vəsiqə qazanıb.

Matçdan sonra Hollandiya mətbuatı bu oyunun əvvəlcədən razılaşdırılmış olduğunu iddia edib. Onlar 40-cı dəqiqədə hesabda önə keçən xorvatların sonrakı 50 dəqiqədə 7 qol buraxmasını başqa bir şeylə izah etməyin mümkünsüz olduğunu vurğulayıblar.

Hollandiya mətbuatı, xüsusilə, Zaqreb "Dinamo"sunun müdafiəçisi Vidanın oyunun satılmasında əsas fərd olduğunu iddia edib. Onlar xorvat futbolçunun "Olimpik"in 4-cü qolundan sonra rəqibin hücumçusu Qomisə göz vurduğunu da önə sürüb.


"Dinamo"nun futbolçusu Vidanın matçdan öncə mərc oyunları məntəqəsində olduğu da iddialar arasındadır. Bu fotolar isə xorvat müdafiəçi məntəqədə olarkən çəkilib:


Hollandiyalı azarkeşlərin iştirak etdiyi forumlarda isə "Olimpik" (Lion) klubundan Zaqreb "Dinamo"suna 2.1 milyon fundluq bir çekin göndərildiyi də iddia edilib və onun da fotosu yayımlanıb:



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail