Paulinyo: "Barselona"nın məni niyə transfer etdiyini bilmirəm"

03.10.2017 | 5527 dəfə oxunub

"Barselona"nın yay transfer pəncərəsi zamanı Çinin "Guangzhou" klubundan 40 milyon avroya transfer etdiyi Paulinyo maraqlı fikirlər səsləndirib.

Stadium.Az xəbər verir ki, braziliyalı dayaq yarımmüdafiəçisi transfer olunacağı xəbərini Braziliya - Argentina matçında Messidən öyrənib. 29 yaşlı futbolçu İspaniya mətbuatına açıqlamasında Messi ilə bu mövzudakı söhbətini xatırlayıb:

"Braziliya - Argentina matçında cərimə zərbəsi yerinə yetirməyə hazırlaşırdım. Messi yaxınlaşıb: "Barcelona"ya gedirik, yoxsa getmirik?" deyə soruşdu. Mən də cavabında "Məni Barselonaya aparmaq istəyirsənsə gələrəm" dedim. Düzü bu söhbət məni həyəcanlandırdı və zərbəm çox bərbad alındı.

Paulinyo transferi reallaşdıqdan sonra verdiyi açıqlamada da təəccübünü gizlətməmişdi: "Hazırda özümü boşluqda hiss edirəm. Transferimə çox təəccübləndiyimi etiraf etmək məcburiyyətindəyəm. Açığı, "Barselona"nın məni niyə transfer etdiyini bilmirəm. Çinə getdikdən sonra, belə geri dönüş gözləmirdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail