Xavi: "Neymar Messinin toyunda "Barselona"dan gedəcəyini dedi"

21.10.2017 | 4483 dəfə oxunub

"Barselona"nın sabiq kapitanı Xavi Neymarın PSJ klubuna keçmək qərarı barədə onu Messinin toyunda məlumatlandırdığını deyir. Stadium.Az xəbər verir ki, təcrübəli futbolçu vaxtilə "Mançester Yunayted"dən gələn təklifi də rədd etdiyini bildirib.

"Bəzən "Yunayted" və Aleks Ferqyussonun qardaşı ilə mənim ora transferimi müzakirə edirdik. Amma "Barselona" mənim klubum idi. Orda qalmaq qərarını verdim. "Barselona" sevimli komandamdır. O, dünyanın ən yaxşı klubudur.

Neymar Messinin toyunda (iyul) bizə klubunu dəyişmək istədiyini açıqladı. Ondan səbəbini soruşdum? Dedi: "Barselona"da xoşbəxt deyiləm. Getməyə və PSJ ilə Avropada yeni sınaqlara qatılmağa üstünlük verirəm".

Sonda bunu etdi. Onun seçiminə hörmətlə yanaşmaq lazımdır. Məncə, Neymar və Mbappe ilə PSJ Çempionlar Liqasının qalibi olmaq üçün yaxşı şans qazanıb".

Neymar və Xavi 2013-15-ci illərdə birlikdə katalonların şərəfini qoruyub. 2015-ci ildə 37 yaşlı havbek Qətərin "Al Sadd" klubuna keçmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail