"Atletiko"nun futbolçusu: "Bu, ən vacib oyun deyil"

31.10.2017 | 3527 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsində sabah “Qarabağ”ı qəbul edəcək “Atletiko”nun futbolçusu Qabi oyunöncəsi mətbuat konfransında iştirak edib. Stadium.az "qol.az"a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi öncə matçla bağlı fikirlərini bildirib:

- Sabah Bakıdakından fərqli “Atletiko” görəcəyik?

- Başqa nəticə gözləyirik. İlk oyunda “Qarabağ” bütün gücünü ortaya qoydu. Yaxşı oyun sərgilədi. Sabah isə tam fərqli olacağını düşünürəm.

- “Qarabağ”ın demək olar, bütün mövqelərdə itkiləri var. Bu, sizin üçün nəyisə dəyişir?

- Əlbəttə, yox. “Qarabağ”ın hansı heyətlə çıxacağını bilmirik. Ancaq bu, bizim üçün heç nəyi dəyişməyəcək. Eyni əzmkarlıqla bu oyuna çıxacağıq. 

- İki dəfə ÇL finalı oynasanız da, sabah qalib gəlməyəcəyiniz təqdirdə, növbəti mərhələyə adlamaya bilərsiz. Sabahkı qarşılaşmanı sizin üçün ən vacib oyun adlandırmaq olar?

- Əlbəttə, ən vacib oyun deyil. Bundan da vacib oyunlar keçirmişik. Ancaq sabah qalib gəlmək üçün var qüvvəmizi ortaya qoyacağıq.

- Son oyunlarda qalib gəlmədiyinizə görə geniş tənqidlərə məruz qalırsınız. Bu barədə nə deyə bilərsiniz?

- Tənqidləri qəbul edirik. Bütün gücümüzü bu vəziyyəti dəyişmək üçün istifadə edəcəyik.

- Bu gün burda yox, köhnə stadionda məşq etdiniz. Bunun sizin üçün bir fərqi oldumu? Sabahkı oyundan nə gözləyirsiniz?

- “Visente Kalderon”a qayıtmaq xüsusi bir hissdi. Ancaq “Vanda Metropolitano” stadionunda da yaxşı nəticələr qazanmalıyıq. Vaxtilə “Visente Kalderon”da da pis nəticələrimiz olmuşdu. Çalışıb, burda da yaxşı nəticələr qazanmağa başlamalıyıq.

- “Elçe” ilə oyundan sonra komanda ilə bağlı neqativ fikirlər səsləndirildi…

- Hərənin öz fikri var. Son oyunların ardından tənqidlər normaldı. Biz isə çalışırıq ki, bu vəziyyəti düzəldək.

- Keçən illə müqayisədə nəticələr bir xeyli zəifdi. Bunu oyunçu çatışmazlığı ilə bağlamaq olar? 

- Xal fərqi o qədər də çox deyil. “Çelsi” ilə matçın son dəqiqələrində qol buraxdıq. “Roma” ilə matçda isə üstün tərəf idik. Yalnız “Qarabağ”la qarşılaşmada yaxşı oynamamışdıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail