Di Françesko: "Bu ilk turdakı "Qarabağ" deyil"

04.12.2017 | 4837 dəfə oxunub

"Roma"nın baş məşqçisi  Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Oyunun əvvəlindən hücum futbolu nümayiş etdirməliyik. “Qarabağ”a nəfəs almağa imkan verməməliyik. 
 
- Perotti və Nainqqolanın son durumları barədə nə deyə bilərsiniz?

-  Hər ikisi sabah meydana çıxacaq. Buna görə sevinirik. Yalnız Kolarovun durumunu nəzərə alacağıq. O, SPAL-a qarşı matçda çox yorulub. Amma o da mütləq “Qarabağ”a qarşı oynayacaq.
 
- Digər görüşdə “Atletiko”dan sizə sərf edəcək nəticə gözləyirsinizmi ?

- Biz ancaq öz oyunumuz haqda düşünürük. Futbolçulara həmişə deyirəm ki, çempionatda və Çempionlar Liqasında taleyimiz öz əlimizdədir. Hədəfimiz qələbə qazanaraq növbəti mərhələyə yüksəlməkdir.
 
- “Qarabağ”la oyunda sürpriz ola bilər ?

- Çox yaxşı komanda ilə qarşılaşacağıq. İlk  “Qarabağ” xüsusən Madriddəki matçda “Atletiko”ya qarşı yaxşı oyun nümayiş etdirmişdi. Bu, “Çelsi”nin ilk turda Londonda çoxlu qol vurduğu “Qarabağ” deyil. Bununla belə, öz oyunumuzu göstərə bilsək, azərbaycanlıları məğlub edəcəyik.
 
- "Qarabağ"la ilk görüşdən sonra komandanızda nə dəyişib?

- Komandada çox şey dəyişib. Bakıdakı kimi, yenə “Qarabağ”a qalib gəlməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq.
 
- Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi?

- Bu suala “Qarabağ”la matç bitəndən sonra cavab vermək olar. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam, bundan sonra da belə davranacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail