Portuqaliyalı əfsanə sətəlcəm oldu

22.12.2011 | 6551 dəfə oxunub

Portuqaliya və dünya futbolunun əfsanələrindən Eysebionun səhhətində problem yaranıb.  Stadium.az xəbər verir ki, 69 yaşlı əfsanə sətəlcəm xəstəliyi ucbatından iki gün öncə Lissabondakı xəstəxanaya aparılıb.

Ciddi rejimdə müalicə alan portuqaliyalını kritik vəziyyətdən çıxarmaq mümkün olub. Hazırda onun vəziyyəti yaxşıdır və həkimlər daha da yaxşılaşacağını təxmin edir. Verilən məlumata görə, Eysebio bir neçə gündən sonra xəstəxanadan çıxarıla bilər.

Mozambik əsilli hücumçu Portuqaliya futbolunda özünəməxsus yerə malikdir. O,1966-cı ildə keçirilmiş dünya çempionatında komandasının 3-cü olmasında böyük rol oynamış və turnirin bombardiri olmuşdu. Bundan 1 il öncə isə - 1965-ci ildə Avropada ilin futbolçusu adına layiq görülmüşdü.

16 mövsüm Portuqaliyanın "Benfika" komandasında forma geyen Eysebio bu klubun tarixində ən çox qol vuran futbolçudur. 1961-1973-cü illər arasında 64 dəfə Portuqaliya millisinin formasını geyib və bu oyunlarda 41 qola imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail