"Espanyol" Pikeni təhqir edən azarkeşlərini cəzalandırıb

06.02.2018 | 4333 dəfə oxunub

İspaniya La Liqasının 22-ci turunda baş tutan "Espanyol" - "Barselona" (1:1) oyunu zamanı tribunada Jerar Pikenin həyat yoldaşı Şakira ilə bağlı banner açılmışdı.

Stadium.Az xəbər verir ki, futbolçunun özü də matçdan sonra "Şakira bizim hamımızındır" - yazılan plakata etirazını bildirmişdi. "Espanyol" rəhbərliyi bunu edən azarkeşləri 24 min avro cərimələyib. Onların stadiona girişinə də qadağa qoyulub.

"Fanatların açdığı bannerə görə təəssüf edirik. Bunu görməmişdik və özümüzü aldanmış hiss edirik. Azarkeşlər stadiona gələndə bu banner yox idi. Onlar arenanı tərk edəndə belə yazını oxuduq" - klubun prezidenti Joan Kollet deyib.

Bununla yanaşı, Pike də cəzalandırıla bilər. 31 yaşlı müdafiəçi “Espanyol”la səfər matçında vurduğu qolu qeyd edən zaman barmağını dodaqlarına qoyaraq azarkeşlərə “Susun” işarəsi göstərmişdi. Bu, fanatlara qarşı aqressiv hərəkət saysa, Pikenin 1 – 3 oyun cəzalanması mümkündür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail