"Qarabağ" Avropa nəhənglərinə necə xeyir verib?

16.03.2018 | 4434 dəfə oxunub

"Qarabağ" Avropa nəhənglərinə belə xeyir verdi". 

Stadium.Az xəbər verir ki, İspaniyanın nüfuzlu "Marca" nəşri "Atletiko"nun Avropa Liqasının 1/8 final mərhələsində Rusiya "Lokomotiv"ini üstələməsinə dair yazıya bu cür sərlövhə qoyub.

Məqalədə madridlilərin "dəmiryolçular"ını hər iki oyunda darmadağın edərək, 1/4 finala yüksəldiyi cavab görüşündən bəhs edilib. Hazırkı "Atletiko"nun Avroliqanın qalibi olmağa əsas namizəd olduğunu yazan nəşr klubu mərmidən də betər daşa bənzədib. Əvəzində digər böyük komandaların Çempionlar Liqasında belə güclü rəqiblə üz-üzə gəlməyəcəyi səbəbindən rahat nəfəs aldıqları vurğulanıb.

Dieqo Simeonenin baş məşqçi olduğu komanda Çempionlar Liqasının C qrupunda "Qarabağ"la qarşılaşmalardan heç-heçələrlə (Bakıda 0:0, Madriddə 1:1) ayrılıb və nəticədə 7 xalla 3-cü yeri tutaraq, mübarizəni qitənin ən nüfuzlu klub turnirində davam etdirə bilməyib. Əvəzində yoluna Avroliqada davam edən "Atletiko" 1/16 finalda Danimarka "Kopenhagen"ini (səfərdə 4:1, evdə 1:0), 1/8 finalda isə "Lokomotiv"i (evdə 3:0, səfərdə 5:1) üstələyib. 1/4 final mərhələsinin püşkü bu gün atılacaq.

C qrupunda ilk 2 yeri tutan komandalardan İtaliya "Roma"sı Çempionlar Liqasının 1/8 finalında Ukrayna "Şaxtyor"unu (səfərdə 1:2, evdə 1:0) rəqib meydanında vurduğu qol sayəsində keçib. İngiltərənin "Çelsi" klubu isə İspaniya "Barselona"sına iki oyunun yekununda (evdə 1:1, səfərdə 0:3) uduzaraq, mübarizəni dayandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail