"Qarabağ" üçün daha çox qazanmaq şansı

25.03.2018 | 3818 dəfə oxunub

2018/19 mövsümündən etibarən UEFA Çempionlar Liqasının mükafat fondunu iki dəfəyə yaxın artıracaq.

Stadium.Az xəbər verir ki, İspaniyanın “Mundo Deportivo” qəzeti yazıb ki, 2.3 milyard avroluq hazırkı büdcə 3.4 milyard avroya çatdırılacaq.  UEFA mükafatın bölünməsi zamanı bir neçə yenilik edib. Bunlardan biri odur ki, ilk dəfə olaraq ümumi büdcədən daha 528 milyon avro ayrılaraq ÇL-in qrup mərhələsinin iştirakçıları arasında bölünəcək. Bu pulu UEFA bundan əvvəl qrupda oynamış komandalar arasında onların reytinqinə uyğun bölüşdürəcək. Bu zaman reytinqi yüksək olan “Barselona” və “Real” daha çox qazanacaq.

Azərbaycan çempionuna (indiki halda çempionluq şansı daha çox olan “Qarabağ”a) gəlincə, klubumuz qrupa vəsiqə qazansa, onun qazancı da artacaq. UEFA qrupa vəsiqə qazanan komandaların mükafatını hazırkı 12.7 milyon avrodan 15 milyon avroya çatdırıb.

Avropanın ən ali futbol qurumu 2018/19 üçün büdcəni rəsmən təsdiq etdikdən sonra mükafat ÇL-in iştirakçıları arasında aşağıdakı qaydada bölünəcək:
 
Qrupa vəsiqə qazandığı üçün: 15 milyon avro (hazırda 12.7 milyon avro)

Qrupda qələbə qazandığı üçün: 2.7 milyon avro (hazırda 1.5 milyon avro)

Qrupda heç-heçə etdiyi üçün: 900 min avro (hazırda 500 min avro)

Qrupdan “pley-off”a çıxdığı üçün: 9.5 milyon avro (hazırda 6 milyon avro)

1/4 finala çıxdığı üçün: 10.5 milyon avro (hazırda 6.5 milyon avro)

1/2 finala çıxdığı üçün: 12 milyon avro (hazırda 7.5 milyon avro)

Finala çıxdığı üçün: 15 milyon avro (hazırda 11 milyon avro)

ÇL-in qalibi olduğu üçün: 19 milyon avro (hazırda 15.5 milyon avro)

Beləliklə, növbəti mövsüm ÇL-in qalibi olacaq komanda təkcə bu yarışdakı uğurlarına görə 100 milyon avrodan artıq pul qazana bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail