UEFA Millətlər Liqasının mükafat fondunu açıqlanıb

28.03.2018 | 3908 dəfə oxunub

UEFA tarixdə ilk dəfə 2018-ci ildə keçiriləcək Millətlər Liqasının mükafatlarını açıqlayıb. Stadium.Az xəbər verir ki, Avropa Futbol Çempionatına 4 komandaya birbaşa vəsiqə verəcək liqanın gəlirləri və bonus miqdarları da bəlli olub.

A, B, C və D olaraq, 4 liqa formasında təşkil ediləcək turnirdə ümumilikdə 76 milyon avro paylanacaq. UEFA liqaya qatılan 55 ölkəyə avtomatik olaraq qatılmaq pulu ödəyəcək. UEFA-dan əldə ediləcək gəlir isə liqadan liqaya dəyişir.

Belə ki, A liqası komandalarına 1,5 milyon, B liqasına 1 milyon, C liqasına 750 000, D liqası ölkələrinə isə 500 000 avro veriləcək. Qruplarında birinci olan komandalara iştirak pulundan əlavə də vəsait ödəniləcək. A liqası liderlərinə 1,5 milyon, B liqası liderlərinə 1 milyon, C liqası liderlərinə 750 000, D liqası liderlərinə isə 500 000 avro veriləcək.

A liqasındakı qrup birincilərinin qatılacağı, 2019-cu ilin iyun ayında oynanılacaq son bölümün gəlirləri isə belə olacaq:

Qazanan: 4,5 milyon avro

Finalçı: 3,5 milyon avro

Üçüncü: 2,5 milyon avro

Dördüncü: 1,5 milyon avro

Buna görə, A liqası ölkələri turnirində ən yüksək 7,5 milyon avro, B liqası ölkələri 2 milyon avro, C liqası ölkələri 1,5 milyon avro, D liqası ölkələri 1 milyon avro gəlir əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail