Ronaldodan yeni rekord

04.04.2018 | 4189 dəfə oxunub

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İtaliya çempionu “Yuventus”la oyun Madrid “Real”ının hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

Stadium.Az xəbər verir ki, İspaniya çempionunun portuqaliyalı ulduz futbolçusu 3:0 hesablı qələbəyə imza atdıqları səfər matçında yeni rekordla yadda qalıb. Belə ki, o, ardıcıl 10 oyunda qol vurmaqla ÇL-in tarixinə düşüb.

Ronaldoya qədər bu rekord ardıcıl 9 oyunda fərqlənən “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroya məxsus idi. Lakin Kristiano hollandiyalı futbolçunun rekordunu kölgədə qoymağı bacarıb.

“Real”ın ulduz futbolçu bu oyunda başqa bir uğura da imza atıb. O, qitənin ən nüfuzlu klub turnirində 95-ci qələbəsinə sevinib. Bu baxımdan Ronaldo, “Real”ın sabiq qapıçısı, hazırda “Portu”da çıxış edən İker Kasilyasa çatıb. Lakin Kasilyas ÇL-də 171, Ronaldo isə 152 matç keçirib. Böyük ehtimalla portuqaliyalı futbolçu elə bu mövsüm ÇL-də qazandığı qələbələrin sayına görə də mütləq rekordçuya çevriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail